Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bayden Ukraynaya görə tətbiq edilən fövqəladə vəziyyət rejimini uzatdı - VİDEO
ABŞ Prezidenti Co Bayden Ukraynaya görə 2014-cü ildən tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadıb.
Bayden bu barədə konqresə göndərdiyi məktubda bildirib.
Bu rejim Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə imkan verir.
“Mən qərara aldım ki, Ukrayna ilə əlaqədar 13660 saylı icra sərəncamı ilə müəyyən edilmiş fövqəladə vəziyyətin uzadılması zəruridir”, - deyə məktubda qeyd edilib.
Bayden rejimin uzadılmasını onunla əsaslandırıb ki, Rusiya hökumətinin hərəkətləri və siyasəti ABŞ-nin milli təhlükəsizliyinə və xarici siyasətinə təhlükə törətməkdə davam edir.
Xatırladaq ki, ABŞ-də fövqəladə vəziyyət rejimi 2014-cü il martın 6-da elan edilib. O vaxtdan bəri Amerika prezidentləri öz qərarları ilə bunu mütəmadi olaraq uzadırlar.
Mənbə: NEWS.ru
"Ukrayna" teqi üzrə xəbərlər
- "Financial Times"dan 2025-ci il üçün proqnoz: "Bitcoin"in qiyməti 200 min dollara çata bilər
- Rusiya qazının Ukraynadan tranziti dayandırılıb
- Ukrayna prezidenti azərbaycanlını Kiyevin hərbi administrasiyasının rəhbəri təyin edib
- Zelenski Prezident Aparatı rəhbərinin müavinini işdən çıxardı
- Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Rəylər