Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Baydeni nə vaxt əvəz edəcəklər?
ABŞ Demokratlar Partiyası hazırkı Prezident Co Baydenin yerinə prezidentliyə namizədi elektron səsvermə yolu ilə əvəz etməyi və bu prosesi avqustun 7-dək tamamlamağı planlaşdırır.
Bu barədə Oxu.Az NEWS.ru-ya istinadən bildirir.
Bununla bağlı Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrisonun və Qaydalar Komitəsinin həmsədri Minyon Murun məktubunda məlumat verilib.
Məktubda deyilir ki, partiya prosedurun bir hissəsini onlayn formata keçirməyə hazırdır - bu, səsvermə ərizələrinin verilməsi üçün son tarixdən əvvəl prezident və vitse-prezident vəzifələrinə namizədlərin sertifikatlaşdırılmasını təmin edəcək.
Yeni namizədin seçilməsi prosesi, qeyd edildiyi kimi, avqustun 19-na təyin edilmiş partiyanın qurultayına təxminən iki həftə qalmış yekunlaşacaq. Nümayəndələrdən 300 dəstək imzası alan istənilən namizəd seçimə buraxılma hüququ qazanacaq.
Daha əvvəl isə məlum olub ki, Co Bayden iyulun 23-də Ağ Evdəki iş yerinə qayıdacaq. O, son günlər vaxtını koronavirusdan müalicə olunduğu Delaverdəki evində təcrid olunmuş vəziyyətdə keçirib.
Rəylər