Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bəşər Əsədin atasının məzarı qazılıb, sümükləri oğurlanıb
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin atası Hafiz Əsədin Əl-Laziqiyyə vilayətinin Qardaha şəhərində yerləşən məzarı naməlum şəxslər tərəfindən qazılıb və qəbirdə olan sümüklər oğurlanıb.
Oxu.Az xəbər verir ki, bunu sübut edən görüntü Suriyanın bir neçə "Telegram" kanalında dərc edilib.
Belə ki, videoda məzarın sinə daşının tamamilə dağıdıldığı, məzarın qazılaraq oradakı sümüklərin götürüldüyü aydın görünür.
Hələlik Suriyanın rəsmi qurumları məlumatı şərh etməyib.
Məlumat üçün əlavə edək ki, Bəşər Əsədin atası Hafiz Əsəd 1971-2000-ci illərdə Suriyanın prezidenti olub.
Bəşər Əsədin atasının məzarı qazılıb, sümükləri oğurlanıb

Bəşər Əsədin atasının məzarı qazılıb, sümükləri oğurlanıb
"Bəşər Əsəd" teqi üzrə xəbərlər
- Terror üzərində möhtəşəm qələbə - "Kaspi"nin TƏHLİLİ
- PKK özünü niyə ləğv etdi? - Yalçın Sarıkaya Oxu.Az-ın suallarını cavablandırıb
- Əsədin dayısı oğlu: "Suriyada yeni silahlı birləşmələr yaradılacaq"
- Əsədin Suriyadan 500 min dollar pul və qiymətli əşyaları necə apardığı məlum oldu
- İsrail ordusu Suriyada Əsədin keçmiş qərargahına reyd keçirib
Ən çox oxunanlar