İdlibdə Suriya ordusunun bombardmanlarından qaçan insanların bəziləri Sarmada qəsəbəsindəki məzarlıqda yaşayır.
Bu barədə “Haber Global” məlumat yayıb.
İdlibdə təhlükəsiz bölgələrdə çadır quran dinc əhali ilə yanaşı qalmağa yer tapa bilməyən insanlar fərqli yollara müraciət etmək məcburiyyətində qalıb. Bombardmandan qaçanlardan 65 ailə, 175-i uşaq, 77-si qadın olmaqla ümumilikdə 300 dinc sakin məzarlıqda məskunlaşıb.
“Qaçdıq, dünyasını dəyişənlərin yanında otururuq, biz də ölü kimiyik”, - məzarlıqda məskunlaşmış İdlib qaçqını söyləyib.