Böyük Britaniyanın baş naziri vəzifəsinə seçkiqabağı kampaniya iki namizədin Tereza Meyin və energetika nazirinin müavini Anderya Lidsomun qalmaqalı ilə başlayıb.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Bazar ertəsi verdiyi müsahibəsində Lidsom rəqibindən sözlərinə görə üzr istəməli olub. Jurnalist ilə söhbət zamanı Lidsom bəyan edib ki, üç övladının olması, onu övlad sahibi olmayan Meydən üstün edir.
O, “Meyin bəlkə də qardaşı və ya bacısı uşaqları var, amma mənim öz uşaqlarım var, onların da gələcəyin bir parçası olacaq övladları dünyaya gələcək”, deyib.
KİV və siyasətçilər energetika nazirinin müavinini tənqid atəşinə tutduqdan sonra Lidsom “Telegraph”da rəqibindən üzr istəyib.
“Mən artıq Terezaya onu incidə biləcəyim istənilən söz üçün təəssüfləndiyimi demişəm və məqalədə sözlərimin, eləcə də mövqeyimin mənasının dəyişdirildiyini izah etmişəm”, - Lidsom bəyan edib.
İyulun 7-də mühafizəkar-parlamentarilərin səsverməsi nəticəsində Mey və Lidsom patiya lideri postu uğrunda mübarizə aparanlar arasında lider olublar. Hazırda söz 125 minlik Mühafizəkar partiyasının üzvlərinindir. Böyük Britaniyanın baş naziri vəzifəsində qadın 26 il ərzində ilk dəfə bu vəzifədə olacaq. İndiyə qədər yeganə qadın baş nazir məşhur dəmir ledi Marqaret Tetçer olub.