Avstraliyada yaşayan Fuentes adlı kişi beş yaşlı qızını stilist kimi geyindirərək İnstaqramda 111 min təqibçisi olan “stil ikonası”na çevirməyə nail olub.
Oxu.Az xəbər verir ki, zamanının böyük bir hissəsini evdə keçirən ata İnstaqram vasitəsilə qızına olan sevgisini ifadə etmək istədiyini söyləyir.
“The Daddy Fashion Stylist” adlı İnstaqram hesabına nəzər saldıqda Harlow adlı bu qızcığazın “Burberry”, “Louis Vuitton” kimi məşhur brendlərin məhsullarından istifadə etdiyi görünür.
Aytən Sadıqzadə
www.oxu.az