Böyük Britaniya hökuməti Avropa İttifaqından çıxmaq üçün parlamentə müvafiq səsvermə keçirməlidir.
Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir ki, bu qərarı London Yüksək Məhkəməsi qəbul edib.
Qərara əsasən, hökumət Lissabon müqaviləsinin 50-ci maddəsini müstəqil şəkildə həyata keçirmək hüququna malik deyil və bunun üçün parlamentin qərarı lazımdır.
Britaniya funt sterlinqinin məzənnəsi məhkəmə qərarından sonra 1,24 dollara qədər artıb, bu isə oktyabrın 10-dan sonra maksimal həddir.
Baş nazir Tereza Mey parlament səsverməsi keçirmədən 2017-ci il martın sonlarına qədər Lissabon müqaviləsinin 50-ci maddəsi əsasında Aİ-dən çıxmaq proseduruna başlayacağını açıqlamışdı.
“The Guardian” yazır ki, hökumət London Yüksək Məhkəməsinin bu qərarından apellyasiya şikayəti verəcək.
Böyük Britaniyanın Aİ-də üzvlüyünə dair referendum iyunda keçirilib, iştirakçıların əksəriyyəti Aİ-dən çıxmağa səs verib.
N.O.
www.oxu.az