Londonda Almaniya Kansleri Fridrix Mertslə Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında iki ölkə arasında tarixi dostluq və müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.
Oxu.Az bu barədə "RIA Novosti" agentliyinə istinadən məlumat yayıb.
Sənədin geosiyasi vəziyyətdə köklü dəyişikliklər və Rusiya təhlükəsi əlaqədar iki ölkə arasında strateji tərəfdaşlığı nəzər tutulduğu qeyd olunur.
Fridrix Merts müdafiə sazişinin imzalanmasını Almaniya-Britaniya münasibətləri üçün tarixi gün adlandırıb.
Kir Starmer isə sazişin müdafiə, iqtisadiyyat, enerji və ticarət sahələrində vacib əhəmiyyət kəsb edəcəyini vurğulayıb.