Böyük Britaniyanın Kembricşir qraflığında yerləşən “Hamerton Zoo” heyvanat parkının qadın əməkdaşı pələngin ona hücum etməsi nəticəsində həyatını itirib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, zoopark ziyarətçiləri bazar ertəsi səhər hadisə ilə əlaqədar təxliyyə olunublar.
Sonradan polis dəqiqləşdirib ki, qadın heyvanın qəfəsində olan zaman həmin hadisə baş verib.
A.S.