Bu gün Britaniyanın sağçı İslahat Partiyasının lideri Naycel Faraj ölkəyə qanunsuz qaçqın axınının nəzarətsiz olduğunu tənqid edib, xüsusilə qeyri-qanuni İran vətəndaşlarının küçələrdə sərbəst hərəkət etməsinə qarşı sərt fikirlər bildirib.
"Azad İran" "Telegram" kanalı bu barədə xarici KİV-ə istinadən məlumat yayıb.
"Açıq deyim, Britaniyaya qayıqla belə gələn heç bir iranlı gənc küçələrdə sərbəst gəzməməlidir. Heç bir halda, qətiyyən mümkün deyil", - deyə N.Faraj vurğulayıb.
O, habelə Almaniyadakı deportasiya uçuşlarını misal çəkərək əlavə edib ki, Britaniya da oxşar tədbirlərlə qanunsuz mühacirləri kütləvi deportasiya üçün hazırlamalıdır.