Belçika Krallığının paytaxtı Brüsseldə parlamentin binasına “Molotov kokteyli” atan şəxs saxlanılıb.
REN TV xəbər verir ki, saxlanılan şəxsin 36 yaşı var.
Onun radikal sağ ideologiya tərəfdarı olduğu bildirilir.
Hadisənin iyulun 27-də baş verdiyi qeyd olunur.
İnsident nəticəsində heç kim xəsarət almayıb.