Burkina-Fasoda keçmiş nazir İolanda Vivian Kompaore Uaqaduqudakı evində qətlə yetirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Africanews" nəşri yerli prokurorluğa istinadən məlumat yayıb.
Yerli rəsmilərin sözlərinə görə, hadisə yerində tapılan dəlillər qadının öldürüldüyünü göstərib.
Məlumata görə, keçmiş nazir 1987-ci ildən 2014-cü ilə qədər hakimiyyətdə olan prezident Blez Kompaorenin dövründə nüfuzlu şəxslərdən olub. O, nəqliyyat və turizm naziri vəzifəsi də daxil olmaqla bir neçə yüksək postda çalışıb.
Blez Kompaore hökuməti 2014-cü ildə xalq üsyanı nəticəsində devrilib və keçmiş prezident Kot-d'İvuara qaçıb.