Cənubi Afrika Respublikasında (CAR) avtobusun aşması nəticəsində azı səkkiz nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli "eNCA" telekanalı məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı 44 nəfər yaralanıb.
Avtobusda 61 sərnişin olub.
Dəhşətli yol-nəqliyyat hadisəsi Limpopo əyalətində dağ aşırımında baş verib. Yolda hərəkət dayandırılıb, yaralılar təxliyə olunur.
İlkin məlumata görə, avtobusun dik eniş zamanı əyləc sistemi sıradan çıxıb. Nəticədə sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Xəbərdə bildirilir ki, ötən il CAR-da yol-nəqliyyat hadisələri zamanı 11 mindən çox insan həlak olub.