Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Çavuşoğlu: “ABŞ Türkiyəyə “S-400”lərlə bağlı təkliflər verib”
ABŞ-nin “S-400” zenit-raket komplekslərini Ukraynaya göndərmək barədə təklifini Türkiyə rədd edib.
Bunu “Habertürk”ə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazirin sözlərinə görə, ABŞ-dən “S-400” ilə bağlı bir neçə təklif alınıb.
“Dedilər ki, “S-400”ləri araşdırmaq üçün bizə imkan yaradın. Bu, müstəqilliyimizə aid olan bir təklif idi. Bəs onda bizim müstəqilliyimiz haradadır? Bizə hətta onları Ukraynaya göndərməyi təklif etdilər, biz “yox” dedik. Belə təkliflər olub”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
"Ukrayna" teqi üzrə xəbərlər
- Bayden Ukraynanı 2026-cı ilə qədər silahla təmin edib
- Dövlət Departamenti BMT-nin Ukrayna ilə bağlı qətnamələrini FAYDASIZ adlandırdı
- Aİ Ukraynanın təbii sərvətlərindən istifadə niyyətində: Danışıqlara başlayacaqlar
- Orban: "Ukrayna NATO üzvü olmayacaq"
- Ukrayna ilə Rusiya arasında RAZILAŞMA: Kursk sakinləri təxliyə ediləcəklər
Ən çox oxunanlar