Çeçenistanda homoseksuallıqda şübhəli bilinən yüzdən çox kişi saxlanılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Novaya qazeta” nəşri yazıb.
Nəşr qeyd edir ki, məlumatı LQTB fəalları, FTX və Rusiya DİN-nin respublika üzrə idarəsindəki mənbələr təsdiqləyiblər.
Saxlanılanlar arasında tanınmış və nüfuzlu din xadimləri, həmçinin iki məşhur televiziya aparıcısının olduğu bildirilir.
“Novaya qazeta” iddia edir ki, saxlanılan şəxslərin “sağ qalmaq şansları çox azdır”. Nəşr reydlər zamanı ən azı üç nəfərin öldürüldüyü barədə də yazıb.
S.B.
www.oxu.az