Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Cənubi Koreya prezidenti qiyam cəhdində şübhəli bilinir: Araşdırmalara başlanıldı
Koreya Respublikasında Prezident Yun Sok Yolun hərbi vəziyyət tətbiq etmə qərarı ətrafında siyasi qalmaqal alovlanır. Belə ki, ölkənin polis və prokurorluğu dövlət başçısının hərbi vəziyyət tətbiq etmək qərarına görə qiyam şübhəsi ilə bağlı araşdırma aparmaq üçün iki ayrı qrup yaradıb.
Oxu.Az bu barədə "Yonhap"a istinadən məlumat verir.
Bundan əvvəl deputatlar və fəallar bu hüquq-mühafizə orqanlarına prezidenti dövlət quruluşuna qarşı cinayət törətməyə cəhddə ittiham edən ərizələrlə müraciət ediblər.
Polis və prokurorluq bununla bağlı araşdırmaya başladıqlarını təsdiqləyiblər.
"Cənubi Koreyada hərbi vəziyyət" teqi üzrə xəbərlər
- Cənubi Koreya prezidenti hərbi vəziyyətin tətbiqinə görə üzr istədi
- Cənubi Koreyada siyasi böhran: Hakim partiyanın lideri prezidentin kənarlaşdırılmasına çağırır
- Cənubi Koreyanın müdafiə naziri vətəndaşlardan üzr istəyərək istefa verib
- Cənubi Koreyada xaos dərinləşir: Qiymətlər artdı, əhali tədarükə başladı
- Cənubi Koreya hökuməti hərbi vəziyyəti ləğv etməyə razılaşıb
Ən çox oxunanlar
Rəylər