Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Cənubi Koreya prezidenti hərbi vəziyyətin tətbiqinə görə üzr istədi
Cənubi Koreya Prezidenti Yun Sok Yol hərbi vəziyyətin tətbiqinə görə ölkə vətəndaşlarından üzr istəyib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Yonhap" xəbər verib.
Dövlət başçısı, həmçinin, hərbi vəziyyəti təkrar tətbiq etməyəcəyinə söz verib və məsuliyyət daşımağa hazır olduğunu bildirib.
Xatırladaq ki, Yun Sok Yol dekabrın 3-ü gecə saatlarında hərbi vəziyyət elan edib. O, bu qərarını KXDR-dən gələn təhdid və azad konstitusiya quruluşunun qorunması zərurəti ilə əsaslandırıb. Prezident, həmçinin, müxalifəti qiyama hazırlıq üzrə dövlətə qarşı fəaliyyətdə ittiham edib.
Dekabrın 4-nə keçən gecə təcili iclasda - Yun Sok Yolun müraciətindən cəmi 150 dəqiqə sonra - parlamentdə olan 300 deputatdan 190-ı prezidentdən hərbi vəziyyəti dərhal ləğv etməyi tələb etmək üçün səs verib. Dekabrın 4-ü səhər tezdən - yəni millətə müraciətindən cəmi beş saat yarım sonra Yun parlamentin qərarını qəbul edəcəyini və hərbi vəziyyəti ləğv edəcəyini bildirib.
Polis ölkə prezidentinə qarşı dövlətə xəyanət ittihamı üzrə araşdırmaya başlayıb.
"Cənubi Koreyada hərbi vəziyyət" teqi üzrə xəbərlər
- Cənubi Koreyada siyasi böhran: Hakim partiyanın lideri prezidentin kənarlaşdırılmasına çağırır
- Cənubi Koreya prezidenti qiyam cəhdində şübhəli bilinir: Araşdırmalara başlanıldı
- Cənubi Koreyanın müdafiə naziri vətəndaşlardan üzr istəyərək istefa verib
- Cənubi Koreyada xaos dərinləşir: Qiymətlər artdı, əhali tədarükə başladı
- Cənubi Koreya hökuməti hərbi vəziyyəti ləğv etməyə razılaşıb