Çilinin Santyaqo şəhərinin tərkibində olan Kilikura kommunasında dondurma və qənnadı məhsulları istehsal edilən fabrikdə güclü yanğın baş verib.
Oxu.Az “BioBioChile” portalına istinadən xəbər verir ki, yanğının söndürülməsinə ən azı 200 nəfər cəlb edilib.
Məlumata görə, yanğınsöndürənlər vəziyyətə nəzarət etsələr də, hələlik, yanğını tam söndürməyə müvəffəq olmayıblar. Kartof-fri hazırlanan sexlərin birində tez alışan yağın olması vəziyyəti gərginləşdirib.
Fabrikin üzərində qalxan tüstünü paytaxtın müxtəlif rayonlarından müşahidə etmək mümkün olub. Nəticədə yollarda sıxlıq yaranıb.
Yanğının səbəbi müəyyənləşdirilməyib. Xəsarət alanlar haqqında məlumat daxil olmayıb.
Xəbər portalının məlumatına görə, yanan fabrikin yaxınlığında təhlükəli kimyəvi maddələrin olduğu zavod yerləşir.
www.oxu.az