Çilinin mərkəzi vilayətində kiçik təyyarə qəzaya uğrayıb.
Oxu.Az-ın Report-a istinadən məlumatına görə, hadisə Araukaniya vilayətində qeydə alınıb. Hadisə zamanı 2 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.
Ölənlərin 2-i də pilotlardır. Xəsarət almış iki sərnişin isə xəstəxanaya yerləşdirilib.
Qəzanın başvermə səbəbi hələlik məlum deyil.
A.S.
www.oxu.az