ABŞ-ın yeni administrasiyası “Vahid Çin” siyasətini pozaraq Tayvan ilə münasibət quraraq ona silah satarsa, Çin ABŞ-ın düşmənlərinə silah çatdırmaq niyyətindədir, bu barədə Çinin ingilisdilli qəzeti “Global Times” qəzeti xəbərdarlıq verib.
Oxu.Az xəbər verir ki, Amerikanın rəqiblərini “ABŞ ilə düşmən qüvvələr” adlandıraraq qəzet “Niyə biz onları açıq şəkildə dəstəkləyə bilmərik, niyə onlara gizli şəkildə silah sata bilmərik?” sualını verib.
Bu, ABŞ-ın yeni seçilmiş prezdenti Donald Trampın telekanala verdiyi müsahibəsində “Mən bilmirəm, biz nəyə görə vahid Çin siyasətinə sadiq olmalıyıq” bəyanatına reaksiya olub. “Çinin mənə diktə etməsini istəmirəm”, - Tramp əlavə edib.
N.O.
www.oxu.az