Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Çində 17 uşağı qaçırıb satan qadın EDAM EDİLDİ
Çində 1993-2003-cü illərdə 17 uşağı qaçıraraq satan Yu Huain adlı qadın edam edilib.
Oxu.Az-ın "Sinxua" agentliyinə istinadən xəbərinə görə, o, bu illər ərzində cinayət ortaqları ilə birlikdə Quiçjou və Yunnan əyalətlərindən, eləcə də Çunsin şəhərindən ümumilikdə 17 uşağı qaçırıb və Hebey əyalətində satıb.
Ali Xalq Məhkəməsi Yu Huain barəsində edam hökmünü təsdiq etdikdən sonra, Çinin cənub-qərbindəki Quiçjou əyalətinin Quian şəhərinin məhkəməsi yerli prokurorluğun müfəttişlərinin iştirakı ilə edamı icra edib.
Xatırladaq ki, 2023-cü ilin sentyabrında Quian məhkəməsi qadını 11 uşağı oğurlamaqda və satmaqda təqsirli bilib və ölüm hökmü çıxarıb. Hökm elan edildikdən dərhal sonra qadın qərardan apellyasiya şikayəti verib.
2023-cü ilin noyabrında Quiçjou məhkəməsi müttəhimin apellyasiya şikayəti üzrə təkrar məhkəmə iclası keçirib, 2024-cü ilin yanvarında isə polis Yu Huainin uşaq alveri işləri ilə bağlı digər işlərdə də əli olduğunu aşkar etdikdən sonra, işin yenidən araşdırılmasına göstəriş verib.
2024-cü ilin oktyabrında Quian məhkəməsi tərəfindən keçirilən təkrar məhkəmə prosesi müəyyən edib ki, müttəhim qadının işi ilə bağlı uşaqların sayı 11-dən 17-yə yüksəlib. Yu Huain yenidən edam cəzasına məhkum edilib və o, əvvəlki kimi, yenidən apellyasiya şikayəti verib.
2024-cü ilin dekabrında Quiçjou məhkəməsi onun şikayətini rədd edib və edam hökmünü təsdiqləyərək qüvvədə saxlayıb.
Yu Huain həmçinin ömürlük olaraq siyasi hüquqlarından məhrum edilib və bütün şəxsi əmlakı müsadirə edilib.
"Uşaqlara qarşı zorakılıq" teqi üzrə xəbərlər
- İranda polis beş yaşlı uşağı öldürüb: Hamilə anası da güllələnib
- Qubada dəhşət: Qadın xəstəxananın sanqovşağında doğduğu uşağı öldürməyə cəhddə ittiham edilir
- Yeni doğduğu körpəsini Antalyada hava limanında qoyub gedən qadına hökm oxundu
- 13 yaşlı qıza təcavüzdə ittiham olunan reperlər Jay-Z və Diddinin işində gözlənilməz dönüş
- Bağçada uşağı döyən müəllim işdən azad olundu