Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanın Suriyaya göndərdiyi humanitar yardım Hələbdə məcburi köçkünlərə paylanılıb
Azərbaycanın Suriyaya göndərdiyi humanitar yardım Hələb vilayətinin Karaköprü kəndindəki məcburi köçkün düşərgəsində paylanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi "X" hesabında məlumat yayıb.
Bildirilib ki, humanitar yardımın paylanması aksiyasında Azərbaycan səfirliyi də iştirak edib.
Məlumata görə, Azərbaycan Respublikasının qardaş Suriya xalqına təqdim etdiyi 200 ton humanitar yardımdan səkkiz min məcburi köçkün ailəsi yararlanıb ki, bu da öz növbəsində, 32 000 - 40 000 arası insan deməkdir.
شاركت سفارة جمهورية أذربيجان لدى الجمهورية العربية السورية في عملية توزيع المساعدات الإنسانية في مخيم النازحين الكائن في قرية قره كوبري بمحافظة حلب (٢٦.٠٢.٢٠٢٥)
— AZEmbassySyria (@AZEmbassySyria) February 27, 2025
Hələb vilayətinin Karaköprü kəndindəki məcburi köçkün düşərgəsində təşkil edilmiş humanitar yardımın paylanması… pic.twitter.com/zVsUDbULz0

"Humanitar yardım" teqi üzrə xəbərlər
- Ukraynanın Azərbaycandakı səfiri: "Humanitar yardımı çox yüksək qiymətləndiririk"
- Azərbaycanın Ukraynaya humanitar yardımının növbəti hissəsi yola salınır
- Azərbaycandan Ukraynaya göndərilən humanitar yardım və yenidənqurmaya dəstək 40 milyon dolları keçib
- Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
- Azərbaycan Ukraynaya humanitar yardım üçün bir milyon ABŞ dolları ayırıb