Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Məftunə İsmayılova: "Hazırda bir sığınacağın açılması istiqamətində işlər görülür"
"Regionlarda dövlət əsaslı sığınacaqların açılması nəzərdə tutulub".
Oxu.Az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində yaradılan "Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu"nun ilk iclası ilə bağlı keçirilən brifinqdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədrinin müşaviri Məftunə İsmayılova deyib.
O bildirib ki, hazırda bir sığınacağın açılması istiqamətində işlər görülür:
"Sığınacağın yerləşmə yerinin məxfiliyi qorunur. Biz önümüzdəki dövrdə regionlarda dövlət əsaslı sığınacaqların yaradılmasını planlaşdırırıq".
Müşavir həmçinin əlavə edib ki, ölkə ərazisində sosial xidmətlər şəbəkəsi genişləndirilir.
Aygün Mirakif
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi" teqi üzrə xəbərlər
- Tovuzda günlərlə evdə ac qalan uşaq Bakıya gətirilib
- Valideyn-övlad münasibətlərindəki ziddiyyətlər - "Kaspi"nin ŞƏRHİ
- Azərbaycanda ana azyaşlı qızını naqillə döyürmüş: Qadının kimliyi məlum oldu
- Sədaqət Qəhrəmanova: "Xəstəxanalara məişət zorakılığı ilə bağlı müraciət edənlər olur"
- Bahar Muradova: "Biz təkcə zorakılığa məruz qalanla yox, həm də zorakılığı törədənlə məşğuluq"