Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda 184 nömrəli marşrut xəttində avtobuslar yenilənəcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 184 nömrəli müntəzəm marşrut xətti üzrə müsabiqə keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, müsabiqədə "General Auto Company" MMC qalib gəlib.
Sabahdan 184 nömrəli marşrut üzrə sərnişinlərin daşınması 13 müasir və komfortlu avtobusla yerinə yetiriləcək. Avtobusları Yeni Suraxanı qəsəbəsinin Dəmiryol stansiyasından başlamaqla yeni sxem üzrə fəaliyyət göstərəcək. Məqsəd vətəndaşların Yeni Suraxanı qəsəbəsindən metronun "Koroğlu" və "Ulduz" stansiyaları istiqamətində gedişlərini asanlaşdırmaqdır.
Marşrut üzrə gediş haqqı 50 qəpik təşkil edir və ödənişlər nağdsız qaydada həyata keçiriləcək.
"Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmət keyfiyyətinin, əlçatanlığın artırılması, təhlükəsizliyin və marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır", - deyə AYNA bəyan edib.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Sərnişinləri çaşbaş qoyan boş lövhələr nə işə yarayır? - AYNA-dan açıqlama
- Gəncədən Şuşaya müntəzəm avtobus reysi istifadəyə VERİLƏCƏK
- Qarlı hava ilə bağlı avtobusların qrafikində dəyişiklik edilib? - AÇIQLAMA
- Bakıda mərkəzi küçələrin birində dükanlar kütləvi şəkildə BAĞLANIR - SƏBƏB
- Sabah Bakıda bəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq