Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Çində insanabənzər robotların iştirakı ilə dünyada ilk yarımmarafon keçirilib
Çində ilk dəfə olaraq insanabənzər robotların insanlarla bərabər iştirak etdiyi yarımmarafon keçirilib.
Bu barədə Oxu.Az "Reuters" agentliyinə istinadla xəbər verir.
Elmi tədqiqat şirkətləri və institutlarından olan 20 robot 21 kilometr məsafəni qət edib.
Bildirilir ki, insanabənzər robotlar Pekində keçirilən İçjuan yarımmarafonunda ilk dəfə insanlarla birlikdə qaçıb.
Bununla belə, bütün robotlar finiş xəttini uğurla keçə bilməyiblər. Məsələn, onlardan biri ən başlanğıcda yıxılıb, lakin cəmi bir neçə dəqiqədən sonra qalxıb. Başqa bir robot isə hasara çırpılıb.
"Çin" teqi üzrə xəbərlər
Ən çox oxunanlar