Çin Xalq Respublikasının Quansi-Çjuan muxtar rayonunda qeydə alınan partlayış nəticəsində ən azı 7 nəfər həyatını itirib, daha 17 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Oxu.Az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadla "Xinhua" agentliyi məlumat yayıb.
Bədbəxt hadisə gecə vaxtı Quilin şəhər dairəsinə tabe olan Sinan qəzasında qeydə alınıb.
Aparılan istintaqın ilkin nəticələrinə əsasən, hadisəyə qaz sızmasının səbəb olması versiyası təkzib edilib. Hazırda polis insidentin dəqiq səbəblərini müəyyənləşdirmək üçün müvafiq araşdırmaları davam etdirir.