İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına müvəffəqiyyətlə hücum etdiyini və ABŞ hərbi təyyarələrini sıradan çıxardığını bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"Korpusun Aerokosmik Qüvvələri 12 ballistik raket tətbiq edərək, ABŞ-nin "F-35", "F-15" və "F-16" qırıcı təyyarələrinin dislokasiya olunduğu əraziləri, o cümlədən aviabazanın mühüm obyektlərini və Əl-Əzraqdakı idarəetmə mərkəzini hədəfə alıb. Hücum nəticəsində həmin hərbi strukturlar və xeyli sayda döyüş təyyarəsi məhv edilib", - deyə SEPAH-ın açıqlamasına bildirilib.