Çin Xalq Respublikasının cənub-şərqində yerləşən Szyansi əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ən azı bir nəfər həyatını itirib, daha 11 nəfər isə itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Təbii fəlakət Tszyan şəhər dairəsində qeydə alınıb. Sürüşmə kütləsi səkkiz yaşayış evini tamamilə dağıdıb, daha dörd evə isə qismən ziyan dəyib. Xilasedici qruplar dərhal hadisə yerinə cəlb ediliblər. İki nəfəri isə xilas etmək mümkün olub. Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Qeyd edək ki, bundan əvvəl sözügedən bölgə "Saudel" tayfununun təsirinə məruz qalmış və nəticədə ardı kəsilməyən güclü leysan yağışları yağmışdı.