Avropada seksizmə qarşı adı verilən hərəkat getdikcə daha da fəallaşır.
Oxu.Az The Independent-ə istinadən xəbər verir ki, britaniyalı yazıçı İzabel Rojders “gündəlik həyatda seksizmin nümunələri olan” məsələn, oyuncaq, geyim və uşaq məişəti üçün istifadə edilən qızlar üçün çəhrayı, oğlanlar üçün isə mavi rəngdə olan mübahisəli əşyaların siyahısını hazırlayıb.
“Cinslərin bərabərliyi”nin tərəfdarları iddia edirlər ki, cinsi mənsubiyyətə görə diskriminasiya elə doğulan andan, uşaqlara mavi və ya çəhrayı rəngli əşyalar alındıqda başlayır. Bundan başqa onlar “unisex” oyuncaqların buraxılmasını tələb edirlər.
Keçən ilin sentyabr ayında cinsi diskriminasiya ilə mübarizə çərçivəsində Toys RUS-un istehsal etdiyi oyuncaqları gender əlamətinə görə bölməyi dayandırıb.
Tesco şəbəkəsi bir neçə ay öncə qız və oğlanlar üçün ayrı oyuncaq seksiyası saxladığına görə tənqidlərə məruz qalıb.
Maraqlıdır avropalıların “cinsi bəlli olmayan” nəsil yetişdirmək üçün göstərdiyi bu səyləri nə ilə nəticələnəcək?