Aktyor Conni Depp “Karib dənizinin quldurları” filminin franşizasına qayıda bilər.
Bu barədə özünün “X” sosial şəbəkəsi hesabında “MyTimeToShineHello” ləqəbli film insayderi məlumat verib.
İnsayderin sözlərinə görə, “Karib dənizinin quldurları” filminin altıncı hissəsinin bir qismi Haiti adasında cərəyan edəcək.
Qeyd olunur ki, filmin qadın qəhrəman haitili şəxs olacaq. Conni Depp isə filmdə ikinci dərəcəli rolu ifa edəcək.
Rəylər