Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Daha bir ölkənin paytaxtı zülmətə qərq oldu
Küveytin paytaxtında elektrik enerjisində kəsintilər qeydə alınıb. Bu, bir gün əvvəl elektrik stansiyalarına yanacaq təchizatında yaşanan fasilələrdən qaynaqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "KUNA" agentliyi məlumat yayıb.
Küveytin Elektrik, Su və Bərpa Olunan Enerji Nazirliyi Subiya və Qərbi Doha bölgələrindəki kəsintilərin, bir neçə generasiya qurğusunun və duzsuzlaşdırma stansiyalarının fəaliyyətinin dayandırılmasına səbəb olduğunu bildirib.
Agentlik əlavə edib ki, ölkənin enerji sisteminin sabitliyini qorumaq məqsədilə elektrik enerjisinin verilişinin məhdudlaşdırılmasının vacibliyi vurğulanıb.
Qeyd edək ki, daha əvvəl Livanda elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanmasının 90%-nə nəzarət edən "Électricité du Liban" enerji şirkəti ölkə daxilində elektrik enerjisinin verilişinin dayandırıldığını açıqlamışdı.
"Küveyt" teqi üzrə xəbərlər
- Səudiyyə Ərəbistanı ilə Küveyt arasındakı neytral zonada neftlə zəngin yataq kəşf edilib
- İlham Əliyev Küveytin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib
- Küveyt sularında İran gəmisi batıb: Ölənlər var
- Küveytdə baş verən güclü yanğında ölənlərin sayı artdı
- Küveytdə böyük yanğın: Çox sayda ölənlər və yaralananlar var