Dəməşq yaxınlığında Harastda güclü partlayış olub.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Terrorçular partlayıcını Suriyanın hərbi-hava qüvvələrinin kəşfiyyat binalarından birinin zirzəmisində yerləşdiriblər.
İlkin məlumata görə, yeddi hərbçi ölüb. Onların arasında briqada generalı da olub.
Yerli KİV-in məlumatına görə, cinayəti atəşkəs sazişinə riayət etməyən “Fəcr Umma” qruplaşmasının yaraqlıları törədiblər.
N.O.
www.oxu.az