Dəməşqdə partlayış törədilib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, 3 terrorçu partlayıcı maddə yüklənmiş avtomobillərlə Dəməşqə daxil olmağa cəhd edib.
Həmin avtomobillərdən ikisini şəhər yaxınlığında neytrallaşdırmaq mümkün olub. Üçüncü avtomobil isə Təhrir meydanına daxil olub və terrorçu-kamikadze partlayıcı qurğunu işə salıb. Nəticədə 8 nəfər ölüb, 12 nəfər yaralanıb.
A.M.