Dəməşqdə Ədalət sarayı qarşısında partlayış zamanı ölənlərin sayı 31-ə çatdı, ən azı 60 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Suriyanın ədliyyə nazirinə istinadən “Al Jazeera” telekanalı məlumat yayıb.
Daha öncə SANA agentliyi 25 nəfərin öldüyünə dair məlumat yaymışdı. Suriyanın “Əl-Vətən” qəzetinin məlumatına görə, partlayışı terrorçu-kamikadze binanın girişində polis əməkdaşları onu saxlamaq istərkən törədib.
Partlayışa görə, məsuliyyəti hələlik heç bir terror təşkilatı öz üzərinə götürməyib.
16:22
Dəməşqdə Ədalət sarayının binası qarşısında güclü partlayış baş verib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, partlayıcı qurğu kamikadze tərəfindən binanın vestibülündə işə salınıb.
Polisin məlumatına görə, partlayış nəticəsində azı 25 nəfər ölüb.
N.О.
www.oxu.az