Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Diplomatik qarşıdurma yeni mərhələdə: ABŞ ölkədəki Rusiya viza mərkəzlərini bağlayır
ABŞ Vaşinqton və Nyu-Yorkdakı Rusiya viza mərkəzlərini bağlamaq qərarına gəlib.
Bu barədə Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov açıqlama verib.
Səfirin sözlərinə görə, Rusiyanın diplomatik nümayəndəliklərinin vəziyyəti getdikcə pisləşir.
O əlavə edib ki, Hyuston və Nyu-Yorkdakı baş konsulluqlar işçi qüvvəsindən məhrum edilib, bununla belə, artan iş yükünə baxmayaraq konsulluq xidmətləri davam etdiriləcək.
Həmçinin ABŞ Rusiya diplomatlarını vergi imtiyazlarından məhrum edir.
"Onlar bizdən vergidən azad olma barədə kartımızı alıblar. Bu kartlar diplomatların hər hansı bir ölkədə yaşamasına və yerli büdcəyə vergi ödəməməsinə imkan verən imtiyazları nəzərdə tutur", - deyə səfir bildirib.
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ Rusiyadan olan müraciətçilərin demək olar ki, yarısına B1/B2 kateqoriyalı viza verməkdən imtina edib.