Dominikan Respublikasında birbaşa radioefir zamanı iki jurnalistin qətlindən sonra üç nəfər həbs olunub.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə ölkə polisindən bildiriblər.
Jurnalistlərdən biri, Facebook-yayım aparırdı.
Aparıcı Lusi Manuel Medinanın iki dəqiqəyə yaxın çəkən çıxışı atəş və qadın qışqırıqları ilə müşayiət edilir.
Medinadan başqa, Dominikanın 103 FM radiosunun prodüseri Leo Martines də öldürülüb.
Daha bir qadın odlu silahdan yara alıb və hazırda xəstəxanadadır.
Hadisə çərşənbə axşamı ölkənin paytaxtı Santo-Dominqodan şərqdə, San Pedro de Makorisdə baş verib.
Həbs edilənlərə qarşı ittiham irəli sürülməyib. Polisdən hücumun motivlərinin məlum olmadığı bildirilib.
N.O.
www.oxu.az