ABŞ Prezidenti Donald Tramp nümayəndələr palatasındakı respublikaçıları yetkinlik yaşına çatmayanların alverində ittiham olunan mərhum maliyyəçi Cefri Epşteynlə bağlı sənədlərin açıqlanmasına səs verməyə çağırıb.
Oxu.Az xəbər verir ki, ABŞ lideri bu barədə "Truth Social" şəbəkəsindəki hesabında yazıb.
"Nümayəndələr palatasındakı respublikaçılar Epşteynin fayllarının açıqlanmasına səs verməlidirlər, çünki bizim gizlətməli heç nəyimiz yoxdur", - deyə o qeyd edib.
Tramp Demokratlar Partiyasının üzvlərini bir daha "mistifikasiyada" və ictimaiyyətin diqqətini demokratların "uğurlarından" yayındırmaq üçün "Epşteyn fayllarından" istifadə etməkdə günahlandırıb.