Mərhum ABŞ maliyyəçisi Cefri Epşteynə Donald Trampa qarşı ifadə verəcəyi təqdirdə azadlıq təklif olunubmuş.
Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" qəzeti islah mərkəzində Epşteynlə bir kamerada saxlanılmış sabiq polis zabiti Nikolas Tartalyoneyə istinadla yazıb.
"Prokurorlar Epşteynə demişdilər ki, əgər o, cinayətlərində Trampın əli olduğunu bəyan etsə, onda azadlığa çıxa bilər", - deyə nəşr Tartalyonedən sitat gətirib.
Xatırladaq ki, Epşteyn 2019-cu ildə azyaşlı qızların cinsi istismarı ilə bağlı saxlanılmışdı. Bir neçə ay sonra isə o, Nyu-York həbsxanasında intihar etmişdi. Onun dostları arasında siyasətçilər, iş adamları və şou-biznes ulduzları olub.