Dubayda hava limanına endirilən zərbələr nəticəsində ən azı bir nəfər ölüb, yeddi nəfər isə xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə əmirliyin hava limanlarının operatoru "Abu Dhabi Airports" məlumat yayıb.
"Abu Dhabi Airports" Zayed Beynəlxalq Hava Limanında baş vermiş insidenti təsdiqləyib.
"Hadisə nəticəsində Asiya mənşəli bir nəfər həlak olub, daha yeddi nəfər yaralanıb", - deyə şirkətin "X" sosial şəbəkəsindəki açıqlamasında bildirilir.
Dubay Beynəlxalq Hava Limanına hücum nəticəsində azı dörd nəfər xəsarət alıb, onların hamısına tibbi yardım göstərilib.
Oxu.Az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirlikləri hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Son insident nəticəsində hava limanının terminallarından biri cüzi zədələnib. Dörd əməkdaş xəsarət alıb, onlara dərhal tibbi yardım göstərilib", - deyə "X" sosial şəbəkəsindəki paylaşımda bildirilib.
Dubay Beynəlxalq Hava Limanı pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-i məlumat yayıb.
İlkin məlumatlara görə, İran ərazisindən buraxılan dronlar hava limanı ərazisinə zərbə endirib və nəticədə uçuşlar müvəqqəti dayandırılıb. Rəsmi qurumlar dağıntıların miqyası və xəsarət alanlar barədə hələlik açıqlama verməyib.
Şahidlərin sözlərinə görə, hava limanında zədələr var. Təcili təxliyə elan edilib.
Bundan əvvəl BƏƏ hakimiyyəti mümkün raket hücumları ilə bağlı mobil telefonlara xəbərdarlıq mesajları göndərib və vətəndaşları təhlükəsiz yerlərə keçməyə çağırıb.
