Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Dünyanın ən dar "Jeep Wrangler" modeli
Mərakeşdə dünyanın ən dar "Jeep Wrangler" modeli aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə motor.ru yazır.
İnanılmaz dərəcədə qəribə avtomobil yerli kolleksiyaçılardan biri üçün hazırlanıb. Maraqlıdır ki, avtomobil altı silindrli mühərriklə idarə olunur.
İlk baxışdan belə görünür ki, avtomobilin fotoları neyroşəbəkələrdən istifadə edilməklə yaradılıb. Lakin mühəndislər təxminən bir metr enində avtomobili hazırlamaq üçün həqiqətən də üçün çox çalışıblar. Bu prosesdə avtomobil uzununa kəsilib, kuzovun və şassinin mərkəzi hissəsi çıxarılıb, sonra qalan hissələri yenidən qaynaqlanıb.
Ən dar "Jeep Wrangler"in salonunda sürücü və onun arxasında bir sərnişin yerləşə bilər. Təəccüblüdür ki, mühəndislər avtomobilin kapotunun altına "Wrangler"in zavodda təchiz edildiyi 280 at gücünə malik 3,6 litrlik V6 mühərrikini yerləşdirməyi bacarıblar.
Rəylər