"Telegram" mesencerinin qurucusu Pavel Durov iyun ayı səfəri zamanı sevgilisi Yuliya Vavilovanı gəzdirmək üçün Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən (FHN) 1 milyon rubla helikopter icarəyə götürüb.
Bu barədə Oxu.Az "SHOT" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, bu, sürpriz olub, çünki Yuliya əvvəllər heç vaxt bu cür uçuş aparatında uçmayıb. Uçuş tamamilə məxfi xarakter daşıyıb və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılıb. Milyarder özünün kimliyini açıqlamamağı xahiş edib.
Durov iyunun ortalarında dost qrupu ilə Qırğızıstana gəlib ki, onların arasında bloqer Hüseyn Həsənov və 24 yaşlı Yuliya Vavilova da olub. Yerli KİV-lərin verdikləri xəbərə görə, o zaman Durovu "Tri verşinı" adlı xizək kurortuna investor kimi cəlb etmək istəyiblər ki, bu layihənin reallaşması üçün 165 milyon avro tələb olunur.
Məlumata görə, Pavel Durov Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən səkkiz nəfərlik helikopteri saatı 3000 dollara icarəyə götürüb. Cütlük üç saat ərzində uçuş edib, nəticədə Durov təxminən bir milyon rubl ödəyib.
Qrup halında iki helikopterlə Qırğızıstanın görməli yerlərinə uçuş baş verib. Durov və Vavilova cütlüyü ən böyüyündə, Hüseyn isə daha balaca olan - dörd nəfərlik helikopterdə uçub.
Rəylər