Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Durov Fransa xarici kəşfiyyatının əsl məqsədini ifşa etdi
"Fransa xarici kəşfiyyatı terrorizm və uşaq pornoqrafiyası ilə mübarizə adı altında Rumıniya, Moldova və Ukrayna vətəndaşlarının IP ünvanları ilə maraqlanıb".
Oxu.Az xəbər verir ki, bunu "Telegram" mesencerinin həmtəsisçisi Pavel Durov "X" sosial şəbəkə hesabında yazıb.
"Fransa xarici kəşfiyyatı təsdiqlədi ki, onlar mənimlə görüşüblər - guya terrorizm və uşaq pornoqrafiyası ilə mübarizə aparmaq üçün. Əslində uşaq pornoqrafiyası heç vaxt yada salınmırdı. Onlar Fransada terrorçuluqda şübhəli bilinən şəxslərin IP ünvanlarını istəyirdilər, lakin onların əsas diqqəti həmişə geosiyasətə yönəlmişdi: Rumıniya, Moldova, Ukrayna" , - deyə o vurğulayıb.
French foreign intelligence confirmed they met with me — allegedly to fight terrorism and child porn. In reality, child porn was never even mentioned. They did want IPs of terror suspects in France, but their main focus was always geopolitics: Romania, Moldova, Ukraine.
— Pavel Durov (@durov) May 19, 2025