Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Durovun həbs müddəti yenidən uzadılıb?
"Telegram"ın həmtəsisçisi Pavel Durovun mümkün ittihamlara qədər həbs müddəti maksimum 96 saat olaraq qalır.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Paris prokurorluğundan məlumat verilib.
"96 saatlıq müddət polisin həbsinin başladığı andan, yəni 24 avqust, şənbə günü saat 20:00-dan başlayır. Bu, həbsin ləğvi ilə bağlı qərarı istənilən vaxt istintaqa görə məsuliyyət daşıyan hakim verə bilər", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, bazar ertəsi Paris prokurorluğu Durovun həbs müddətinin daha 48 saat uzadılması barədə qərar qəbul etmişdi.
"Telegram"ın həmtəsisçisi Pavel Durov kibercinayətlərlə bağlı istintaq çərçivəsində daha 48 saat həbsdə qalacaq.
Oxu.Az-ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Paris Prokurorluğu bəyanat verib.
Qeyd edək ki, ötən gün prokurorluq iş adamının ittiham olunduğu cinayətlərdə tətbiq edilən prosedur çərçivəsində həbs müddətinin avqustun 25-dən avqustun 28-dək uzadıldığını bildirmişdi.
Xatırladaq ki, Durovun mühafizəçisi və köməkçisi müstəntiqlər tərəfindən dindirildikdən sonra sərbəst buraxılıblar.
Pavel Durov özü avqustun 24-də Parisin Le-Burje hava limanında saxlanılıb və ona qarşı 12 cinayət işi üzrə ittiham irəli sürülüb. İş adamı hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etməkdə, yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanmasında və yayılmasında, narkotik vasitələrin əldə edilməsində, satışı və ya ötürülməsində iştirakda, dələduzluqda iştirakda ittiham olunur.
Rəylər