Bu gün səhər saatlarında Əfqanıstanın Qəndəhar əyalətində avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 15 nəfər ölüb, 25 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralananlardan bir neçəsinin vəziyyəti ağırdır.
Oxu.Az-ın xarici mediaya istinadən xəbərinə görə, qubernatorun rəsmi nümayəndəsi Əziz Əhməd Əziz bildirib ki, qəza yerli vaxtla təxminən saat 06:00 radələrində Jari rayonunda baş verib.
Ölənlər arasında uşaqlar və qadınlar da var.
Faktla bağlı araşdırma aparılır.
Kamil HƏMZƏOĞLU
www.oxu.az