Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Əhməd əş-Şaraanın Türkiyəyə səfər tarixi açıqlandı
Keçid dövründə Suriya prezidentinin səlahiyyətlərini icra edən Əhməd əş-Şaraa fevralın 4-də Türkiyəyə səfər edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
O yazıb ki, əş-Şaraa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 4-də Ankaraya səfər edəcək:
"Danışıqlar zamanı Suriyadakı son hadisələr bütün aspektləri ilə müzakirə ediləcək, Suriyada iqtisadiyyatın bərpası, dayanıqlı sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün iki ölkənin atmalı olduğu birgə addımlar qiymətləndiriləcək".
O əlavə edib ki, Türkiyənin çoxtərəfli platformalarda Suriyanın keçid hakimiyyətinə göstərə biləcəyi mümkün dəstək məsələsi də müzakirə olunacaq.

"Suriya" teqi üzrə xəbərlər
- BMT Bəşər Əsəddən sonra Suriyaya qayıdan qaçqınların sayını açıqlayıb
- Olaf Şolts Əhməd Əş-Şaraa ilə danışdı: "Dəstək verməyə hazırıq"
- Suriya hökuməti YPG-yə qarşı necə mübarizə aparacaq? - Problem "Haber Global"da müzakirə edilib
- Suriyanın Rusiya hərbi bazalarının ölkədə qalması üçün şərti var
- Türkiyədən Suriyaya müdafiə yardımı: Fəaliyyət planı hazırlanır
Rəylər