"İranın yerin altında yerləşən nüvə obyektləri o qədər dərindədir ki, ABŞ silahlarının onları məhv etməsi mümkün olmaya bilər".
Oxu.Az "Politico" nəşrinə istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ ordusunun sabiq kəşfiyyatçısı, hərbi ekspert Metyu Şumayxer çıxış edib.
M.Şumayxer vurğulayıb ki, ABŞ-nin bunker əleyhinə raketləri təxminən 60 metr dərinliyə çatır, İranın nüvə obyektləri isə təxminən 90 metr dərinlikdə yerləşir.
Lakin əgər ABŞ ordusu hədəfləri vurmağı bacararsa, bölgədə əsən küləklər əhəmiyyətli kimyəvi çirklənmə təhlükəsi yaradacaq.