“Əl-Qahidə” terror qrupu Suriyada liderlərinin müavini Əhməd Həsən Abu əl-Hayra əl-Masrinin ölümünü təsdiq edib.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə “Əl-Qahidənin” Məğrib və ərəbistan yarımadasındakı bölmələrinin birgə bəyanatında deyilir.
Daha öncə ekstremistlərin informasiya fəallığının monitorinqi ilə məşğul olan SITE saytı “Əl-Qahidənin” liderinin müavini Əhməd Həsən Abu əl-Hayra əl-Masrinin Suriyanın İdlib əyalətində ABŞ HHQ-nin aviazərbələri nəticəsində məhv edildiyi barədə məlumat yaymışdı.
S.S.
www.oxu.az