Azərbaycanın Baş naziri Əli Əsədov və Rusiya Federasiyası hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı baş tutub.
Oxu.Az xəbər verir ki, məlumatı Rusiya Federasiyasının mətbuat xidməti yayıb.
Hökumət rəhbərləri Rusiya və Azərbaycan arasında ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq və Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi ilə bağlı aktual məsələləri müzakirə ediblər.
M.Mişustin və Ə.Əsədov sənaye, energetika, nəqliyyat infrastrukturu və digər sahələrdə müştərək layihələrin əhəmiyyətini vurğulayıblar.