Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Elman Paşayevin işi ilə əlaqədar Donetskdə öz əməkdaşı saxlanılıb
Keçmiş vəkil Elman Paşayevin işi ilə əlaqədar Donetskdə öz əməkdaşı Faiq Həsənov saxlanılıb. Ehtimal olunur ki, keçmiş vəkil cinayət ortağı vasitəsilə xüsusi əməliyyat zonasına gedən məhbuslara pul müqabilində arxa cəbhədə qalmağı təklif edib.
Oxu.Az bu barədə "Mash" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, Həsənov komandir Viktor Moskalenkonun "sağ əli"dir və Paşayevin həmyerlisidir. Ehtimal olunur ki, Paşayevə fırıldaqçılıq üçün pullar Həsənov vasitəsilə ötürülüb.
Hazırda Rusiya İstintaq Komitəsinin hərbi-istintaq idarəsinin əməkdaşları hər iki kişini fəal şəkildə dindirirlər. Xüsusilə, müstəntiqlər Paşayevin xidmətinin təfərrüatı ilə maraqlanırlar: hansı müvəqqəti yerləşmə məntəqəsində olub, neçə nəfəri arxa cəbhədə saxlaya bilib və komandir Moskalenko onun sxemləri barədə məlumatlı olubmu? Faiq Həsənov artıq dindirmə üçün Moskvaya gətirilib.
Paşayev sentyabrın 17-də Moskvada saxlanılıb. İstintaqın versiyasına görə, o, 2024-cü ilin fevralında "marafon kraliçası" Yelena Blinovskaya və həyat yoldaşı Alekseyi inandırıb ki, böyük məbləğdə pul müqabilində onları cinayət məsuliyyətindən azad edə bilər.
Bundan əlavə, Paşayev guya xüsusi əməliyyat zonasına gedən məhbuslara pul müqabilində arxa cəbhədə qalmağı təklif edib. Həmçinin bildirilir ki, keçmiş vəkil saxta yaralanmaya görə dövlət müavinəti almaqda şübhəli bilinib.
"Elman Paşayev" teqi üzrə xəbərlər
- Rusiyada saxlanılan Elman Paşayevin həyat yoldaşı dindirildi
- Keçmiş vəkil Elman Paşayev dələduzluqda təqsirini etiraf etməyib
- Keçmiş vəkil Elman Paşayevin həbs müddəti uzadılıb
- Keçmiş vəkil Elman Paşayevə qarşı ittiham irəli sürüldü: Xüsusilə külli miqdarda dələduzluq
- Məhkəmə Elman Paşayev barədə qərar qəbul etdi
Rəylər