Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.
Qeyd olunub ki, Ərdoğan həmkarları ilə regiondakı son vəziyyəti müzakirə edib. Türkiyə Prezidenti BƏƏ-yə hücumlara görə təəssüf etdiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Daha əvvəl Ərdoğanla ABŞ-dən olan həmkarı Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutmuşdu.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı apardığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, Türkiyə prezidenti bu barədə sosial media hesabında paylaşım edib.
Ərdoğan ABŞ və İsrailin İrana qarşı hücumlarından dərin kədər və narahatlıq duyduğunu və ölkəsinin bölgədə sülh, sabitlik və əmin-amanlığın təmin olunması üçün səylər göstərdiyini vurğulayıb.
Prezident Ərdoğan prioritet məqsədin atəşkəsin təmin olunması və tərəflərin yenidən danışıqlar masasına qayıtması olduğunu vurğulayıb və Türkiyənin bu istiqamətdə diplomatik səylərini sürətləndirəcəyini bildirib.